İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arxasız adam torpaq zəbt edib sata bilməz” - deputatdan etiraz

Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev qeyd etdi ki, məhkəmələrə ölkədə torpaq satışı və icarəsi barədə xeyli şikayətlər daxil olur. Deputat bu sahədə ciddi problemlərin olduğunu söylədi: “Məsələ burasındadır ki, bir çox vətəndaşlar sənəd əldə etmədən torpaq əldə edib və evini tikib, yaxud hasarlayıb. Xeyli hallar var ki, vətəndaş torpağı alıb, amma adına keçirməyib. Əvvəlki sahibi isə bundan sui-istifadə edərək, yaxid digər işbazlarla sövdələşməyə gedərək həmin torpağı təzədən başqasına satmaq istəyir. Tələb edir ki, tikilən ev sökülsün, ailə-uşaq çölə atılsın. Elə hadisələrə şahidlik edirəm ki, min, iki min manat haram qazanc müqabilində azyaşlı uşaqları olan ailəni belə çölə atmaq üçün hər cür yaraşmayan hərəkətlərə yol verirlər. Ölkədə təxminən 500 min qanunsuz tikili var, bunun ən azı 300 mini Bakı şəhərindədir. Əvvəlki bələdiyyələrin aldatdığı minlərlə vətəndaş var. Torpaqları zəbt edənlər də var, bunu qəbul edirəm. Qəbul etsəm də, hərçənd bilirəm ki, arxasız adam torpaq zəbt edib sata bilməz. Mən isə arxasızlar və sadə camaat barədə danışıram”.

R.Nurullayev dedi ki, onlar havadan ev tikməyib, havadan torpaq almayıb: “Biri satıb, biri alıb, vəzifəli şəxs də şirinlik müqabilində tikintiyə göz yumub, onu sənədləşdirmək üçün əlini ağdan-qaraya vurmayıb. Bu hal vətəndaşa sərf edib ki, daha ucuz qiymətə torpaq əldə edərək ev tikib, balalarının, ailəsinin başı üzərində el arasında deyildiyi kimi bir dam qaraldıb, satan zəbt etdiyi torpağı sataraq aidiyyatı vəzifəli şəxslə bölüşüb qazanc əldə edib və sair. Bu proses onilliklərlə davam edib və davam etməkdədir. Çünki, alternativ çox zəifdir, bahadır və ya həyata keçirmək məşəqqətlidir. Hakimlər bu cür məhkəmə işlərində vətəndaşalrın yanında olmalı, ciddi araşdırmalar aparmalı, tələskənliyə yol verməməlidir. Ola bilsin ki, bir vətəndaş dırnaqarası “fərasətli” davranıb və özünə el arasında deyidliyi kimi daşdan keçən sənəd düzəldib. Məhkəmənin işi isə daşdan keçən sənədi təsdiq etmək yox, həqiqətləri üzə çıxarmaqdır. Bir sıra hallarda təcrübəsizlikdən və ya özünü çətinə salmamaq naminə az qla notarisu rolunu oynayırlar. Bəzən isə həqiqətlər o qədər çılpaq olur ki, daşdankeçən sənəd mahiyyətini itirir, amma yenə də məhkəmələr o daşdankeçən sənədi əsas götürür. Bu halda isə ədalətli mühakimə prosesi pozulur. Bunu yolverilməz hesab edirəm. Ona görə də cəmiyyətin məhkəmə sisteminə ciddi dirənişi və ictima nəzarəti xeyli faydalıdır ki, gərək bu cür məəslələri müdafiə edək, daha qarşısını almayaq”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR