Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Rızan şəhərində gözlənilməz, bəlkə də tragik-komik qərar verilib: məhkəmə, SVO-da (Xüsusi Hərbi Əməliyyat) həlak olan döyüşçünün “dul arvadına” yox, anasına kompensasiya verilməsinə qərar verib.
Musavat.com xəbər verir ki, söhbət “Axmat” xüsusi təyinatlı dəstəsinin üzvü, mart ayında “Truba” əməliyyatı zamanı Kursk vilayətində həlak olmuş Georgi Kostırkodan gedir.
Onun “dul arvadı” olduğunu iddia edən Angelina Varyuxina isə gözlənildiyi kimi, qəhrəman əri üçün deyil, dövlət kompensasiyası üçün “yas tuturdu”.
Hüquqşünas Qriqoryanın verdiyi məlumata görə, məhkəmə araşdırmaları zamanı Angelina ilə Georgi arasında nə ortaq həyat, nə ev, nə uşaq, nə də hətta birgə foto tapılıb. Rəsmi nikahları cəmi 2 ay davam edib: avqustdan oktyabra.
Və elə həmin oktyabr ayından etibarən Angelina sosial şəbəkələrdə “hərbi dul” obrazını deyil, “influencer azad qadın” obrazını canlandırmağa başlayıb. Yeni kişi dostları, bahalı güllər, şam işığında yeməklər və hətta özəl videolar… Bəli, məhkəmə kompensasiyanı ona verməmək üçün bu “sübutları” da təqdim edib.
Məhkəmə nəticəyə gəlib ki, qadın həyat yoldaşı kimi nə maddi, nə də mənəvi bağlılıq göstərməyib, üstəlik, “özünü döyüş bölgəsində olan bir kişinin həyat yoldaşı kimi hiss etməyib”. Əvəzində, aldığı hədiyyələrlə “qələbə çalan dul” obrazı yaradıb.
Bu səbəbdən də kompensasiya – yəni döyüşçünün qanı bahasına verilən dövlət pulu – anası, yəni real itki verən və yas tutan şəxsə təqdim edilib.
SVO-nun arxa cəbhəsində sevgisiz nikahlar, pul uğrunda evlənmələr və Tiktok dramları baş verir. Məhkəmələr isə, göründüyü kimi, “şəhid ailəsi” statusunun belə sosial şəbəkə performansı ilə müəyyən olunmasına yox, real faktlara əsaslanır.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ