Onlayn ictimai-siyasi qəzet
Fransız milyarder Bernard Arno İlon Maskı keçərək dünyanın ən varlı adamı olub.
Musavat.com xəbər verir ki, bu məlumatı Forbes jurnalı elan edib. Jurnalın qeydinə görə, Arnonun LVMH şirkətinin səhmləri Avropa hərraclarında təxminən 1,5 faiz bahalaşdıqdan sonra onun hazırkı xalis sərvəti təxminən 210,1 milyard dollara çatıb. Maskın isə “cəmi” 208,6 milyard dollar sərvəti var.
Nəşrin məlumatına görə, LVMH səhmləri 2024-cü ilin əvvəlindən 5,5 faiz artıb, Tesla səhmləri isə bu müddət ərzində demək olar ki, 30 faiz ucuzlaşıb. Qeyd edək ki, onlar amerikalı sahibkarın sərvətinin təxminən üçdə birini təşkil edir.
Xatırladaq ki, aprel ayında Tesla-nın işçi qüvvəsinin 10 faizini ixtisar edəcəyi barədə məlumat yayılmışdı. Qərarın səbəbi elektromobillərə tələbatın azalması və Çin istehsalçılarının rəqabətinin artmasıdır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ