Onlayn ictimai-siyasi qəzet
İrəvan Moskvadan Rusiya sərhədçilərini Türkiyə və İranla sərhəddə saxlamağı xahiş etməyib.
Musavat.com "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu incik açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dmitri Peskovun sözlərini şərh edərkən verib.
Armen Qriqoryan Ermənistan televiziyasına (İctimai TV) bildirib ki, İrəvan Rusiya sərhədçilərini Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən, Sisian və Qorisdəki ( Rusiya sülhməramlılarına aid) 2 dəstək bazasından geri çəkməyi təklif edib. "Lakin Rusiya hərbçilərinin İran və Türkiyə sərhədlərindən çıxarılması məsələsi hazırda bizim gündəmimizdə yoxdur", deyib Qriqoryan.
Daha sonra: "Onlar (Rusiya tərəfi) bu təklifləri qəbul edərək, sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən də çıxarılmasını təklif edib-etmədiyimizi soruşdular. Cavab verdik ki, bunula bağlı razılaşmalar var və hazırda (geri çəkilmə məsələsini) müzakirə etmirik. Amma belə bir xahiş olmayıb", deyə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Peskovun "xahiş" ifadəsini öz aləmində "çürüdüb".
Musavat.com qeyd edir ki, Rusiya prezidentinin sözçüsü D. Peskov bu məsələ ilə bağlı belə bir ifadə işlətmişdi. Sitat: "Erməni tərəfinin XAHİŞİ ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar".
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ