Onlayn ictimai-siyasi qəzet
Argentinada insanlar şiddətli toqquşmalardan bir həftə sonra çağırılan hökumət əleyhinə nümayiş üçün ölkə Konqresinin binası qarşısındakı meydana toplaşmağa başlayıb.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, hazırda meydanda 1 000-ə yaxın insan var, lakin müxtəlif siyasi və ictimai hərəkatların bayraqları altında etirazçıların dəstələri Konqresə doğru yürüş etməkdə davam edir.
Qeyd olunur ki, aksiyaya toplaşanlar qiymət artımı və büdcə xərclərinin azalması fonunda həyat şəraitinin pisləşməsi ilə əlaqədar çərşənbə günü etiraz aksiyaları keçirməyə başlayan pensiyaçılara dəstək plakatları tutublar.
Agentliyin məlumatına görə, meydana polis əməkdaşları və su şırnaqları olan maşınlar cəlb olunub.
Xatırladaq ki, ötən həftə nümayişdə Argentina futbol klublarının azarkeşləri də daxil olmaqla, bir neçə min insan iştirak edib. Toqquşmalar nəticəsində onlarla insan yaralanıb. 120-yə yaxın etirazçı saxlanılsa da, sonradan məhkəmə onları sərbəst buraxıb.
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ