Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ARB 24 telekanalında “Peşəkar mübahisə” verilişi yayımlanıb.
Verilişin aparıcısı Çinarə Nurməmmədova, debatın iştirakçıları isə "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və “Novoye Vremya” (“Yeni Zaman”) qəzetinin baş redaktoru Şakir Habiloğlu olub.
Müzakirənin əsas mövzuları:
*Münxen Təhlükəsizlik Konfransının gündəliyi və region üçün əhəmiyyəti
*Azərbaycan Prezidenti İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibə və beynəlxalq mesajlarıdır.
Hazırda da davam edən Münxen Konfransı dünya təhlükəsizliyi, o cümlədən Cənubi Qafqaz və Azərbaycanın mövqeyi baxımından mühüm müzakirə platformasıdır.
Prezident İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər isə qlobal və regional siyasətə dair Azərbaycanın baxışlarını əks etdirir.
Musavat.com həmin müzakirələri öz oxucularına təqdim edir.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ