İnsanlara hürriyət, millətlərə istiqlal!

Araşdırmalar həqiqəti üzə çıxartdı! Ən ağıllı uşaqlar bu ayda doğulur 

Alimlər son araşdırmalarında uşaqların doğulduğu ay ilə onların intellekt səviyyələri arasındakı əlaqəyə işıq salıblar. Bu araşdırma nəticəsində ən ağıllı uşaqların hansı ayda doğulduğu məlum olub.

Yenisabah.az xəbər verir ki, alimlər tərəfindən aparılan araşdırma insanların doğulduqları aydan asılı olaraq fərqli intellekt səviyyələrinə və tiplərinə malik olduqlarını təəccübləndirən nəticələr ortaya çıxarıb. ABŞ-da aparılan bir araşdırma 1 milyon şagirdin məlumatlarını təhlil edərək, hansı ayda doğulan uşaqların digərlərinə nisbətən daha uğurlu olduğunu müəyyən edib.

Araşdırmanın nəticələrinə görə, sentyabr ayında doğulan uşaqlar digər aylarda doğulan uşaqlara nisbətən akademik baxımdan daha uğurlu olurlar. Sentyabr ayında doğulan uşaqlar təkcə ibtidai sinifdə deyil, orta və ali məktəbdə də digər şagirdlərdən daha uğurlu nəticələr əldə edirlər.

Eyni zamanda, avqust ayında doğulan uşaqlar sentyabrda doğulan uşaqlar kimi akademik uğur qazanmasalar da, onların idmanda, xüsusilə, futbol, basketbol kimi sahələrdə daha çox uğur qazandıqları üzə çıxıb. Avqust ayında doğulan ulduz aktyorların da sayının daha çox olduğu statistik olaraq vurğulanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR