İnsanlara hürriyət, millətlərə istiqlal!

Araqçi və Mirzoyan telefon danışığı apardı

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə İranın Xarici İşlər naziri Seyyid Abbas Araqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan “X” social şəbəkəsində məlumat verib.

Telefon söhbəti zamanı tərəflər regiondakı son inkişafları müzakirə edib və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Mirzoyan ölkəsinin mövqeyini bildirərək, Cənubi Qafqazda gərginliyin artmasının qarşısını almağın və risklərin effektiv idarə olunmasının vacibliyini vurğulayıb.

Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə bağlı məsələlər də daxil olmaqla, müxtəlif mövzularda iranlı həmkarı ilə sıx təmasda qalmağa davam etdiklərini bildirib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR