İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA “Yeni Müsavat”ın reportajına reaksiya verdi, “8-ci kilometr” bazarı nəzarətə götürüldü

“8-ci kilometr” bazarında 8 manata “dana əti” adlı yazımız rezonans doğurub. “Yeni Müsavat”ın əməkdaşının bazardan hazırladığı reportaja dərhal reaksiya verilib. Reportajdan sonra məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hərəkətə keçib. AQTA dərhal məsələyə münasibətini açıqlayıb.

Agentlikdən Musavat.com-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür.

“Agentlik tərəfindən ölkədə istehsal olunan və idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.

Həmçinin satış şəbəkələri, bazarlar, ictimai iaşə və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür”, - məlumatda deyilir.

Qeyd edilib ki, bazarlarda satışa təqdim olunan qida məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu, satışın normativlərə cavab verməsi məsələsinə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır:

“Bununla belə, qida təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı konkret faktlarla vətəndaşlarımız Agentliyin 1003 Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Bu halda AQTA tərəfindən həmin bazar və digər satış obyektlərində növbədənkənar yoxlama aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan başqa, bu cür qida məhsullarını alarkən, satıcıdan mənşə sənədini tələb etməsi tövsiyə olunur. Ət məhsulları ilə bağlı ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi tələb olunmalıdır”.

Məlumatda o da bildirilir ki, qeyd olunan məsələ Agentlik tərəfindən nəzarətə götürülüb. Həmin ünvanda AQTA əməkdaşları tərəfindən monitorinq keçiriləcək və qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda heç bir heyvanın ətinin yeyilməsinə qadağa qoyulmayıb:

1594304380647323911_1200x630.jpg (92 KB)

“Ona görə də, istisna olunmur ki, “8-ci kilometr” bazarında mal əti adı ilə satılan ətlərə at və eşşək ətləri qatılır. Daxili İşlər Nazirliyi dəfələrlə reydlər keçirərək at və eşşək ətlərinin satışı ilə məşğul olan şəxsləri ifşa edib. Həmin şəxslər barədə cinayət işi balanaraq həbs edilsələr də, sonradan məhkəmələr bu şəxslərə bəraət verir”.

E. Hüseynov bildirib ki. Bu problemin həlli üçün qanunvericilikdə dəyişiklik edilməli və həmin ətlərin satışı rəsmən qadağan edilməlidir:

“Əks təqdirdə bu problem qalacaq və bu cür heyvanların ətləri satışa çıxarılacaq”.

Samir Əli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR