İnsanlara hürriyət, millətlərə istiqlal!

“Apple”dan İNQİLABİ YENİLİK – Wi-Fi-yə ehtiyac qalmayacaq

“Apple” növbəti il satışa çıxaracağı bəzi “iPhone” modellərinə tam funksiyalı peyk üzərindən 5G internet dəstəyini əlavə etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkət yerüstü infrastrukturdan asılı olmayan, o cümlədən peyk sistemləri vasitəsilə işləyən 5G şəbəkələrinə qoşulmaq imkanını təqdim etməyə hazırlaşır. Bu texnologiya sayəsində istifadəçilər mobil operator və ya Wi-Fi bağlantısına ehtiyac olmadan internetə daxil ola biləcəklər.

Əgər proqnozlar özünü doğruldarsa, peyk üzərindən 5G funksiyasına malik ilk modellər “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone” olacaq. Mənbələr bildirir ki, standart “iPhone 18” bu funksiyanı yalnız 2027-ci ilin martında əldə edəcək.

Hazırda heç bir şirkət birbaşa smartfonlar üçün tamhüquqlu peyk üzərindən 5G internet xidməti təqdim etmir. “iPhone 14” və daha yeni modellərdəki peyk funksiyaları hələlik SOS təcili zənglər, “Lokator” xidməti, “Mesajlar” və yolda kömək kimi məhdud imkanlarla fəaliyyət göstərir.

Oxşar məhdudiyyətlər “T-Mobile” və “Starlink” tərəfindən təklif edilən həllərdə də mövcuddur: bu texnologiyalar açıq səma görünüşü tələb edir və hələlik tam internet bağlantısı təmin etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR