İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasının yığdığı yarım milyonu sevgilisinə xərclədi

Çinli qadın tələbə oğlunun adına açılan əmanət hesabından bütün pulları çıxardıqdan sonra məhkəməyə müraciət edib.

Qeyd olunub ki, Liu adlı 41 yaşlı qadın oğlu Xiaoveini tək böyüdüb. Bu müddət ərzində qadın qazancının bir hissəsini əmanət hesabına qoyub. Ana ikinci evliliyindən sonra hesabı yenidən Xiaoveinin adına rəsmiləşdirib ki, boşanma zamanı vəsait ər-arvad arasında bölünməsin.

Ümumilikdə təxminən 500 min yuan (təxminən 116 min 150 manat) olub. O, oğluna deyib ki, bu pul onun Avropada gələcək təhsili üçün nəzərdə tutulub.

Ana həmçinin Xiaoveinin akademik uğuruna ümid edərək, çox çalışacağı təqdirdə ona əlavə 500 min yuan da vəd edib. Eyni zamanda, o, qeydiyyat zamanı hələ çox gənc olduğu üçün əmanət kitabçasından istifadə edərək oğlunun adına olan hesabı özü idarə edib.

Liu, universitetin yenicə birinci kurs tələbəsi olan 19 yaşlı Xiaoveinin hesabdakı bütün pulları çıxardığını öyrənəndə şoka düşüb. Qadına məlum olub ki, oğlu sevgilisinə hədiyyə olaraq və birgə səyahət üçün 200 min yuanlıq (təxminən 46 min 460 manat) avtomobil alıb. Pulun qalan hissəsini də qızın hesabına köçürüb.

Xiaoveinin anası ona 300 min yuanın (təxminən 69 min 690 manat) qaytarılmasını tələb etsə də, oğlu və sevgilisi bundan imtina edib. Onlar bunu pulun istənilən halda oğlan üçün nəzərdə tutulması ilə əsaslandırıblar. Bundan sonra Liu məhkəməyə müraciət edib.

Siçuan Sülh Məhkəməsi oğul və ana arasında vasitəçi kimi çıxış edib. Nəticədə, oğlan pulun hədiyyə olaraq deyil, onun təhsili üçün nəzərdə tutulduğunu, anası isə oğlunun sadəcə müstəqilliyə can atdığını başa düşüblər. Oğul qalan pulun hamısını anasına qaytarmağa razılaşıb. Liu, öz növbəsində, Xiaoveinin təhsil haqqını ödəməyə davam edəcəyini və ona hər ay xərclər üçün lazımi məbləği köçürəcəyini vəd edib.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR