İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasından gizlin nişanlanan, bütün dünyanı valeh edən kor qız - VİDEO

Baku TV-də amerikalı pedaqoq və fəal Helen Keller haqqında araşdırma materialı efirə gedib.

Helen Keller 27 iyun 1880-ci ildə ABŞ-də anadan olub. O, yaşyarıma qədər tam sağlam olsa da, keçirdiyi skarlatina xəstəliyi nəticəsində beynində iltihab yaranır, görmə və eşitmə qabiliyyətini tamamilə itirir. 7 yaşına qədər dünya ilə əlaqəsi kəsilən Helen əl hərəkətləri ilə nələrisə izah etməyə çalışsa da, ailəsi onu anlamaqda çətinlik çəkir.

7 yaşlı Helenə gözdən əlillər üçün xüsusi təhsil mərkəzindən Enn Sallivan adlı müəllim dəvət edirlər. Həmin məktəbi bitirən və 20 yaşı olmasına baxmayaraq, şüarı "Anlamayan uşaq yoxdur" olan Enn Helenlə birgə yaşamağa və ciddi məşğul olmağa başlayır.

Hyumansın karlar məktəbinə daxil olur və 1896-cı ilə qədər orada təhsil alır. Daha sonra Harvard qızlar məktəbində oxuyur və 1900-cü ildə orta məktəbə daxil olmaq hüququ qazanan Helen Mark Tvenin xahişi ilə təhsil haqqını maqnat Henry Huttleson Rogers tərəfindən ödənilən kollecə daxil olur. Solçu siyasi baxışları burada yaranan Helen fəhlələrin ağır həyatı ilə tanış olur.

Sonra o, "Həyatımın hekayəsi" adlı avtobioqrafik əsərini yazıb, nəşr etdirir. Helen görmə və eşitmə qabiliyyəti zəif olanlar arasında bakalavr dərəcəsi alan ilk şəxs olur. 1916-cı ildə Helen gizli şəkildə katibi Piter Faqanla nişanlanır, lakin anası bu izdivaca mane olur. 1918-ci ildə o, militarizmə qarşı çıxdıqlarına görə həbs olunanların hüquqlarını qorumaq üçün yaradılmış Amerika Vətəndaş Azadlıqları İttifaqının qurulmasında iştirak edir. Ölkənin müxtəlif yerlərində mühazirələr oxuyur.

1924-cü ildə Helen siyasətdən ayrılıb, Amerika Korlar Fondunun üzvü olur və korların hüquqlarını müdafiə etməyə başlayır. 1936-cı ildə ən əziz adamı Enn Sallivan vəfat edir. Helen deyir: "Mən onsuz, doğrudan da, kor və kar oldum". 1 iyun 1968-ci ildə həyatının ən çətin sınaqlarından çıxmağı bacaran güclü qadın Helen Adams Keller bu dünyanın səssiz qaranlığı ilə vidalaşır.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR