Onlayn ictimai-siyasi qəzet
1 ay öncə Moskva ətrafında yerləşən “Krokus” konsert mərkəzində törədilən dəhşətli terror aktı zamanı öz bədəni ilə sevgilisini örtən və həlak olan əlil müğənni Maksim Verbeninin anası oğlunun ölümünü sübut edə bilmir.
Musavat.com life.ru-ya istinadla xəbər verir ki, bu barədə mərhumun anası jurnalistlərə danışıb.
“Bunu demək çətindir, amma onun bütün orqanları yanıb. Heç nəyi salamat deyil. Mənə əvvəlcə dedilər ki, o, itkin düşmüş elan olunacaq. Sonra bir qalaq ekspertiza rəyləri toplanacaq, ondan sonra hamısı məhkəməyə veriləcək. Yalnız məhkəmə yolu ilə oğlumun ölüm şəhadətnaməsini ala bilərəm”, - deyə qadın izah edib.
Xilasedicilər ona bildiriblər ki Maksim terrorçular tərəfindən başladılan yanğının episentrində qalıb. Orada temperatur 800 dərəcəyə çatıb, bu da o deməkdir ki, əlil müğənninin bədəninin yalnız külü qalıb. İndi qadın qurbanların ailələrinə verilən təzminata ümid edə bilmir, amma onun dərdi pul dərdi deyil.
Qeyd edək ki, martın 22-də törədilən terror aktında 144 nəfər həlak olub, 550 nəfər yaralanıb. Bu ağır cinayətə görə 11 nəfər həbs olunub.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ