Onlayn ictimai-siyasi qəzet
İspanyalı qadın Maria del Karmen Qarsia 1998-ci ildə qızına təcavüz edən adamı diri-diri yandırıb. Belə ki, o, Antonio Kosmeni 2005-ci ildə həbsxanadan icazəli çıxdığı gün taparaq üzərinə benzin tökərək yandırıb.
Kosmenin bədəni yüksək dərəcədə yanaraq xəstəxanada həyatını itirib. Qarsia məqsədinin sadəcə qorxutmaq və ya zədələmək olduğunu bildirib.
Başlanğıcda 9,5 il həbs cəzasına məhkum edilən Qarsianın cəzası apelyasiya ilə 5,5 ilə endirilib. Onun üçün geniş dəstək kampaniyaları keçirilib.
2011-ci ildən cəzası xüsusi hallar səbəbi ilə dayandırılıb, 2013-cü ildə yenidən həbs edilib və 2018-ci ildən tam azad edilib. Bu hadisə İspaniyada ədalət sistemi ilə bağlı geniş müzakirələrə səbəb olub./BAKU.WS/
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ