İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı şərhçi Polşanın imperiya ambisiyasından danışdı - sifariş, yoxsa reallıq?

Polşa Ukrayna və Belarusu ələ keçirib imperiya yaratmaq arzusundadır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqonun keçmiş müşaviri və ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor öz Youtube kanalının efirində Varşavanın planlarından danışıb.

“Varşava hökuməti əvvəldən Rusiyaya qarşı düşmənçilik edib. Onlar özlərini Ukrayna və Belarusun böyük hissəsini əhatə edən imperiyanın ağaları kimi görürlər”.

Eyni zamanda, polkovnik qeyd edib ki, bu ideya artıq iflasa uğrayır, çünki Polşa hakimiyyəti qonşu ölkədəki münaqişədə iştirakdan imtina edir.

Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri etiraf etmişdi ki, Polşa və Latviya öz qoşunlarını Qərbi Ukraynaya göndərə bilər. O, Polşanın Ukraynanın dağılmasından sonra onun bir hissəsini ələ keçirmək istəyini açıqlayıb. Makqreqorun fikrincə, Kiyev tam dağılmaq ərəfəsindədir, onun da Rusiya ilə münaqişədə qalib gəlmək şansı yoxdur, ona görə də Varşava və Vilnüs yaranmış vəziyyətdən istifadə edərək öz qoşunlarını göndərəcək.

Amerikalı şərhçinin ritorikasından görünür ki, o, qəlbən Rusiyanın tərəfindədir. İstefada olan polkovnikin Rusiyada Polşaya qarşı intensiv işlədilən ittihamların altına öz imzasını qoyması da bunu sübut edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR