İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amazon" bu ölkədə 14 min iş yeri açacaq

ABŞ-ın "Amazon.com Inc." korporasiyası növbəti 5 il ərzində Böyük Britaniyaya 8 milyard funt sterlinq (10,5 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Musavat.com Britaniya hökumətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, "Amazon Web Services" (AWS) bölməsi bu vəsaitləri bulud infrastrukturuna və süni intellekt sahəsində inkişafa yatıracaq.

Böyük Britaniyanın maliyyə naziri Rachel Reeves bildirib ki, bu yatırım ölkədə 14 minə yaxın iş yeri yaradacaq:

"İqtisadiyyatımızın üzləşdiyi problemlərin miqyası ilə bağlı heç bir illüziyam yoxdur və mən Britaniya xalqına dürüst deyirəm ki, dəyişiklik bir gecədə baş verməyəcək. Lakin 8 milyard funt sterlinqlik bu sərmayə iqtisadi bərpanın başlanğıcını və Britaniyanın biznes üçün yer olduğunu göstərir".

AWS investisiyası 2024-2028-ci illər arasında Böyük Britaniyanın ÜDM-ni 14 milyard funt sterlinq artıracağını gözləyir.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən "Amazon"un kapitallaşması 18,2 faiz artaraq 1,88 trilyon dollara çatıb, "Nasdaq Composite Index" isə 13,4 faiz dəyər qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR