Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat (ilətişim) müşaviri Alptekin Cihangir İşbilir “Yeni Müsavat” Media Qrupunu ziyarət edib. Görüş mehriban və səmimi ortamda baş tutub.
C. İşbilir “Yeni Müsavat”ın redaksiyasını gəzib və yaradıcı heyətlə tanış olub.
O, müxbirlərlə söhbət edib və iş şəraiti ilə yaxından maraqlanıb. Media müşaviri qəzetin tarixi ilə bağlı məlumatları maraqla dinləyib və qəzetlə səfirliyin əməkdaşlığının yüksəldilməsi zərurətindən danışıb. O, həmçinin bərabər layihələrin hazırlanmasında qəzetçilərdən təkliflər gözlədiyini açıqlayıb.
Müşavir “Yeni Müsavat” Media Qrupu ilə yaxından əməkdaşlıq etmək istəyini ifadə edib.
“Yeni Müsavat” Media Qrupunun rəhbərliyi Cihangir İşbilirə ziyarət və gözəl sözlər, arzular üçün təşəkkür edib.
Alptekin Cihangir İşbiliri köməkçisi Şərəf Məmmədov müşayiət edib.
Sonda isə xatirə şəkilləri çəkdirilib.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ