Onlayn ictimai-siyasi qəzet
Almatıdan uçan 3 sərnişin uçuş zamanı stüardessa tərəfindən təklif olunan yeməkdən imtina edib və daha sonra Delhi hava limanında saxlanılıb.
Musavat.com CNN-News18-ə istinadən xəbər verir ki, stüardessa təyyarədə üç kişinin şübhəli davranışını müşahidə edib. Gec saatlara baxmayaraq, insanların əksəriyyəti yemək xidməti təklifini qəbul edərkən onların üçü də yeməkdən və içkilərdən imtina ediblər və uçuş boyunca qeyri-adi dərəcədə sakit oturublar.
“Onların davranışından narahat olan stüardessa onlara çay və su təklif etmək istəsə də, hər dəfə sərt şəkildə rədd edilib. O, bu barədə reysin kapitanına məlumat verib, o, dərhal hava hərəkətinə nəzarət vasitəsilə gömrük xidməti ilə əlaqə saxlayıb”, – məlumatda bildirirlir.
Təyyarə Delhidəki İndira Qandi aerportuna endikdən sonra gömrük işçiləri üç sərnişini saxlamağa hazır olublar. Yaşıl dəhlizdən keçmələrinə baxmayaraq, həmin şəxslər sorğu-sual üçün saxlanılıb və onların baqajları rentgenoqrafiyadan keçirilib.
Birinci mərhələdə heç bir şey tapılmayıb. Qapı tipli metal detektordan istifadə edilərək aparılan yoxlama da nəticə verməyib.
“Uğursuz cəhdlərə baxmayaraq, gömrükçülər üç sərnişini dindirilmək üçün ayrı-ayrı otaqlara yerləşdirblər. Dindirilmə zamanı hər üçü düz bağırsağında qızıl külçələr gizlətdiklərini etiraf etdilər”, - materialda izah edilir.
Sonrakı axtarışlar nəticəsində çəkisi təxminən 439 qram olan 8 ədəd qızıl külçə aşkar edilib.
Hər üç sərnişinin tutularaq nəzarətə götürüldüyü bildirilir.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ