İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyaya gedənlərin NƏZƏRİNƏ: 2024-cü ildən...

2024-cü ildə Almaniya qaçqınların qəbulu və inteqrasiyası xərclərini ödəmək üçün federal əyalətlərə ayrılan yardımı iki dəfə azaltmaq niyyətindədir. Qərar artan inflyasiya fonunda qəbul edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Berlin gələn il qaçqınlar üçün maksimum 1,7 milyard avro ayıracağı barədə federal ştatları məlumatlandırıb.

Belə ki, 2023-cü ildə bu vəsait 3,75 milyard avro təşkil edib.

Bu barədə Almaniya hökumətinin sentyabrın 25-də keçirilən görüşündə danışılıb.

“Reuters” yazır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 1 milyondan çox insan Almaniyadan sığınacaq istəyib. Almaniyanın 16 federal əyaləti 2024-cü ildə qaçqın xərclərini ödəmək üçün əlavə vəsait tələb edib.

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek bildirib ki, bir çox bələdiyyələr artıq miqrantlar üçün sığınacaq təmin edə bilmirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR