İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın xarici işlər naziri Si Cinpini diktator adlandırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Çin prezidenti Si Cinpini “diktator” adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fox News-un aparıcısının Ukrayna böhranının nəticəsi ilə bağlı sualına Berbok bildirib ki, Qərb ölkələri Kiyev hakimiyyətini “nə qədər lazımdırsa, o qədər” dəstəkləyəcək və Rusiya qalib gələrsə, “bu, Si Cinpin kimi diktatorlar üçün siqnal olacaq”.

Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri, Rusiyanın qələbəsinin Çin liderinə hansı siqnal verəcəyini izah etməyib.

Güman ki, o, Çinin öz növbəsində Tayvana qarşı açıq aqressiyaya əl atacağını nəzərdə tutub.

Bundan əlavə, Berbok bildirib ki, o, ABŞ-da ictimaiyyətin istehlak qiymətlərinin yüksəlməsindən, o cümlədən Vaşinqtonun Ukraynaya ayırdığı vəsaitin həcmi barədə danışdıqlarından xəbərdardır, lakin, onun fikrincə, Qərb dövlətləri Kiyevi dəstəkləməsə, onda belə bir addımın qiyməti "daha baha olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR