İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Ukraynaya yeni yardım: 1,3 milyardlıq paketə nələr daxildir?

Almaniya Ukraynaya ümumi dəyəri 1,3 milyard avro olan yeni hərbi yardım paketi təqdim edəcək.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umerovla görüşündə açıqlama verib.

Yeni paketə daha dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemi, həmçinin artilleriya mərmiləri daxil olacaq. Beləliklə, Almaniya Kiyevə ümumilikdə 12 IRIS-T SLM qurğusu vəd etmiş. İlk üçü artıq təhvil verilib, dördüncünün isə bu qış gəlməsi gözlənilir. Daha dörd sistem də daxil olmaqla ikinci partiyanın 2024-cü ildə ötürülməsi planlaşdırılır. Bu gün Kiyevdə Pistoriusun vəd etdiyi IRIS-T SLM-lər üçüncü partiyaya daxil ediləcək, onların çatdırılması 2025-ci ilə planlaşdırılır.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci silah tədarükçüsüdür. Pistoriusun elan etdiyi yeni paketi nəzərə alsaq, Ukraynaya Almaniyadan humanitar, maliyyə və hərbi yardımın ümumi məbləği 25 milyard avronu keçib. Noyabrın 11-də “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Almaniya hökuməti gələn il Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya qədər artırmaq niyyətindədir. Noyabrın əvvəlində Almaniya hökuməti daha əvvəl vəd edilmiş 25 Leopard 1A5 tankının Ukraynaya təhvil verildiyini elan edib. Ukraynaya təhvil verilən yeni silah partiyasına daha sonra kəşfiyyat uçan aparatları və radarlar da daxildir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR