İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan qovulan xarici vətəndaşların sayına görə lider ölkələr bəlli oldu

2023-cü ilin birinci yarısında Almaniyada deportasiya olunanların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 7861 nəfər (o cümlədən 1664 qadın və 1375 uşaq) olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili işlər nazirliyi məlumat yayıb.

Gələn xəbərlərə görə, Almaniyadan deportasiya olunanların sayına görə Gürcüstan liderdir. Bu ilin ilk 6 ayında onların sayı 705 nəfərə çatıb. Gürcüstanı aşağıdakı ölkələrin vətəndaşları izləyir: Şimali Makedoniya - 665, Əfqanıstan - 659 və Türkiyə - 525.

“Ölkəni könüllü tərk edən miqrantların sayı da artıb – 4892 nəfər vətənə qayıtmaq üçün federal, 2309 nəfər isə yerli hakimiyyətlərdən maliyyə yardımı alıb”, - deyə Almaniya Daxili işlər nazirliyinin bəyanatında bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR