Onlayn ictimai-siyasi qəzet
Almaniya Danimarka ilə birlikdə Kiyevə daha 10 “Leopard-1” tankı tədarük edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Nazirlər Kabineti Kiyev üçün yenilənmiş silah siyahısını dərc edib.
Məlumata görə, Almaniya və Danimarka artıq birgə 40 “Leopard-1” tipli A5 tankını Ukraynaya çatdırıb.
Həmçinin hərbi yardım paketinə 54 ədəd “Vector” və “Heidrun” kəşfiyyat pilotsuz uçuş aparatları, 8,5 min 155 mm-lik artilleriya mərmisi, “Leopard-2”, “Dachs” tankları və “Marder” piyada döyüş maşınları üçün 20 MG3 pulemyotu daxildir.
Bildirilib ki, Almaniya Ukraynaya daha üç “HIMARS” reaktiv yaylım atəşi sistemi verməyi planlaşdırır.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ