İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və ABŞ-da işsizlik rekord həddə çatıb

İyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində işsizlik iyundakı 4.7 faizdən 4,8 faizə yüksəlib. Bu, göstəricinin hesablanması tarixində rekord aşağı səviyyədir.

Təşkilatın yaydığı məlumata görə, işsizlik ardıcıl on üçüncü aydır 5 faizdən aşağıdır.

Danimarka, Litva və Avstriya da daxil olmaqla, İƏİT-in 15 ölkəsində işsizlik iyul ayında artıb. Doqquz ölkədə dəyişməyib, digər doqquz ölkədə isə azalıb. Almaniya və ABŞ da daxil olmaqla, beş ölkədə işsizlik rekord həddə və ya ona yaxındır.

İƏİT ölkələrində işsizlərin sayı iyulda 32,942 milyon nəfərə yüksəlib, əvvəlki ayda bu göstərici 32,658 milyon nəfər olub. Göstərici ötən ilin iyulunda qeydə alınmış rekord aşağı səviyyəyə yaxın olaraq qalır.

Qadınlar arasında işsizlik iyunda 4,9 faizdən 5 faizə yüksəlib, kişilər arasında işsizlik isə 4,6 faizdə qalıb. Gənclər arasında (15-24 yaş arası) nisbət 10,3 faizdən 10,5 faizı yüksəlib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR