İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı

Berlin Rusiya ilə hərbi münaqişə zamanı hərəkətlərə həsr olunmuş həcmli “Almaniya əməliyyat planı” hazırlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əksəriyyəti məxfiləşdirilən 1000 səhifəlik sənədə strateji aktivlərin mühafizəsi tədbirləri, həmçinin NATO qoşunlarının alyansın şərq cinahına köçürülməsi üçün logistika təlimatları daxildir. Ordu artıq Almaniya bizneslərini potensial münaqişəyə hazırlaşmağa cəlb edir. Hamburqda şirkətlərdən işçilərə yük maşını sürməyi öyrətmək, generatorları ehtiyatla yığmaq və antiböhran strategiyaları hazırlamaq istənilib.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verir ki, orada ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrinin qarşısının alınması halında hərəkətə keçmək üçün təlimatlar var.

Planda “xüsusilə hərbi səbəblərdən qorunmağa ehtiyacı olan” strateji əhəmiyyətli binaların və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri var.

Şərqdə münaqişə baş verərsə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna çox diqqət yetirilir:

Almaniya “onlarla, bəlkə də yüz minlərlə əsgəri” qəbul edib köçürməli olacaq.

Bundesverin nümayəndələri sənədi "canlı" adlandıraraq, onun məzmununun vəziyyət dəyişdikcə düzəldilə biləcəyini vurğuladılar.

Ordu artıq Almaniya müəssisələrini potensial fövqəladə vəziyyətə hazırlamağa başlayıb. Əməliyyat planının icrası çərçivəsində müxtəlif federal subyektlərdə sahibkarlarla izahat işləri və görüşlər keçirilir.

Məsələn, Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda polkovnik-leytenant və Hamburqun ərazi müdafiəsinin rəisi Yorn Plişke şirkətlərə hər yüz işçidən ən azı beş nəfərinə yük maşını sürmə vərdişləri öyrətməyi, dizel yanacağı almağı tövsiyə edib.

“Almaniya yollarında yük maşınlarının 70%-ni Şərqi Avropalılar idarə edir. Müharibə başlasa, bu insanların axırı necə olacaq?” — Plişke kadr çatışmazlığına və maddi-texniki təchizatın pozulmasına hazırlaşmağın zəruriliyinə diqqət çəkərək ritorik sual verib.

Bu ilin yanvarında başqa bir alman nəşri, “Bild” tabloidi Almaniya Müdafiə Nazirliyinin Rusiya ilə NATO arasında münaqişənin inkişafı üçün mümkün ssenarini ətraflı təsvir etdiyi “Alyans Müdafiə - 2025” məxfi sənədinin xülasəsini dərc edib.

Bu ssenarinin müəllifləri hesab edirdilər ki, 2024-cü ilin oktyabrında münaqişənin eskalasiyası olacaq, çünki Rusiya Kalininqrada bir neçə qoşun və orta mənzilli raketlər göndərə bilər. Artıq dekabr ayında Suvalki dəhlizi ərazisində süni şəkildə yaranmış “sərhəd münaqişəsi” və “çoxsaylı itkilərlə iğtişaşlar” baş verəcək. 2025-ci ilin mayında NATO münaqişənin kulminasiyasına gətirib çıxaracaq çəkindirmə tədbirləri hazırlayacaq. Alyans şərq cinahına 300 min hərbçi, o cümlədən 30 mini alman əsgəri köçürəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR