Onlayn ictimai-siyasi qəzet
Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Almaniya prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur ki, "Türkiyə Almaniyanın regionda, NATO-da və G20-də mühüm tərəfdaşıdır". Bildirilir ki, səfər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünün qeyd olunması ilə də yadda qalacaq.
Məlumata görə, aprelin 22-24-də baş tutacaq səfər çərçivəsində Ştaynmayer siyasi danışıqlar aparacaq, vətəndaş cəmiyyəti və biznes qurumlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Ştaynmayerin aprelin 24-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək ikitərəfli münasibətləri müzakirə etməsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparması planlaşdırılır: “Prezident Ştaynmayer səfəri ilə iki ölkə arasındakı sıx əlaqələri tanıyır və xüsusən də Almaniyadakı milyonlarla türk əsilli insanın həyat hekayələrinə və nailiyyətlərinə görə minnətdarlığını ifadə etmək istəyir”.
Almaniya prezidenti ötən il dağıdıcı zəlzələdən zərər çəkmiş şəhərlər arasında yer alan cənub-şərqdə yerləşən Qaziantep şəhərinə də səfər edəcək. Ştaynmayer tikintisinə ölkəsi tərəfindən dəstək verilən məktəbə baş çəkəcək.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ