İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya prezidenti dekabrın 27-də parlamenti buraxacaq

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də ölkə parlamentinin buraxılması barədə qərar qəbul etmək niyyətindədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə dövlət başçısının ofisinin nümayəndəsi Kerstin Qammelin X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, son bir neçə gündə Ştaynmayer parlament fraksiyalarının sədrləri ilə danışıqlar aparıb və əmin olub ki, Almaniya hökuməti üçün stabil çoxluq yaratmaq perspektivi yoxdur.

“Mən 2024-cü il dekabrın 27-də konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm”, – Qammelin Ştaynmayerdən sitat gətirir.

Dekabrın 16-da Almaniya parlamenti (Bundestaq) kansler Şoltsun kabinetinə etimadsızlıq səsverməsi keçirib. Səsvermənin nəticələri Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən təsdiqlənərsə, o zaman ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki prosesinin səsvermə günü fevralın 23-nə təyin ediləcək.

Bu hadisələr fonunda Şolts Frank-Valter Ştaynmayerə Almaniya parlamentini buraxmağı təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR