İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ABŞ-la əlaqəsi olan neo-nasist qruplaşmanı yasaqlayıb

Almaniya hökuməti neo-nasist "Hammerskins Germany" qrupunu qadağan edib və qrupun onlarla üzvünün evinə basqın edib.

Musavat.com xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Bildirilir ki, “Hammerskins Germany” 1988-ci ildə ABŞ-da yaradılmış “Hammerskins Nation” təşkilatının bir qoludur.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, “Hammerskins Nation” Avropada neo-nasist səhnəsində mühüm rol oynayır, onun üzvləri özlərini sağçı ekstremist skinhedlərin (dazbaşlar) elitası hesab edirlər. Onlar özlərini “qardaş” adlandırır və subkultural həyat tərzini sürən elit “qardaşlıq” hesab edirlər. Qrupun ideologiyasının əsas elementi nasist ideologiyasına əsaslanan irqi doktrinanın təbliğidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR