İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alman iqtisadiyyatının vəziyyəti zarımaq üçün səbəb deyil" - Şolts

Almaniya kansleri Olaf Şolts hesab edir ki, Almaniya iqtisadiyyatının vəziyyəti “ağlayıb-sızlamaq üçün səbəb deyil.

Musavat.com xəbər verir ki, o, bu barədə “WirtschaftsWoche” portalına müsahibəsində bildirib.

“Zarımaq üçün heç bir səbəb yoxdur. Ağlayanlar yerində qalır, amma mən bizim irəli getməyimizi istəyirəm”, - federal kansler deyib.
Nazirlər Kabinetinin rəhbəri xəbərdarlıq edərək, ölkədəki iqtisadi vəziyyətlə bağlı “heç kəsin Almaniyaya böhtan atmamasını” tövsiyə edib. Bundan əlavə, Solts iqtisadi modernləşməyə və yaşıl keçidə qoyulan bütün investisiyaların öz bəhrəsini verəcəyinə ümid etdiyini bildirib və gələcəkdə iqtisadi artımın “yüksək templərini” istisna etməyib.

Eyni zamanda, kansler yüksək enerji istehlakı olan sənaye müəssisələri üçün xüsusi endirimli elektrik tarifinin tətbiqi ideyasına şübhə ilə yanaşdığını bildirib. “Təkliflərin əksəriyyətinin mahiyyəti əsas məqsədi gəlir əldə etmək olan sənaye sahələrinə subsidiya vermək üçün dövlət borcunun artırılmasıdır. Belə taktika, şübhəsiz ki, problemin həlli ola bilməz”, - deyə o bildirib. Onun sözlərinə görə, kanslerin özü də daxil olmaqla, “hamını razı salacaq” həll yolu hələ də tapılmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR