İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimləri təəccübləndirən kəşf - Xərçəng hüceyrələrini öldürən bakteriya tapıldı

Yeni bir araşdırma baş və boyun xərçəngləri ilə bağlı insanların ümidini artırıb.

Məlumata görə, ağız və diş əti xəstəlikləri ilə əlaqəli bir bakteriyanın xərçəng hüceyrələrinin 99 faizini məhv etdiyi məlum olub.

Böyük Britaniyada “Guy’s” və “St Thomas” xəstəxanaları və “King's College London”un alimləri tərəfindən aparılan araşdırma, modelləşdirmə yolu ilə hansı bakteriyaların daha çox araşdırmaya dəyər olduğunu müəyyən etmək məqsədi daşıyırdı.

Aparılan araşdırma zamanı “Fusobacterium” hüceyrəsi xərçəng hüceyrələri olan qaba yerləşdirilib.

Yerləşdirildikdən və bir neçə gün saxlanıldıqdan sonra xərçəng hüceyrələrinin demək olar ki, tamamilə yox olduğu müşahidə edilib.

Bundan əlavə, baş və boyun xərçəngi olan 155 xəstənin şiş məlumatları təhlil edilib. “Fusobacterium” bakteriyası olan xəstələrin sağ qalma şansının daha yüksək olduğu müəyyən edilib.

Bu bakteriyaların baş və boyun xərçənglərində ölüm riskini 65 faiz azaltdığı aşkarlanıb.

Hazırda bakteriyanın necə istifadə olunacağı ilə bağlı araşdırmalar aparılır.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR