Onlayn ictimai-siyasi qəzet
Alimlər Namib səhrasında 50 il əvvəl yoxa çıxdığı güman edilən xalqı aşkar ediblər.
Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tədqiqat qrupuna İsveçrənin Bern, Portuqaliyanın Porto Universitetinin və Almaniyanın Maks Plank Təkamül Antropologiya İnstitutunun alimləri daxil edilib.
Antropoloqların sözlərinə görə, bölgədə danışılan dillər yox olduqdan sonra xalq yoxa çıxıb.
Ekspertlər aydınlaşdırıb ki, bu qrup ana dili yox olanda öz genetik kimliyini qoruyub saxlayıb.
Belə ki, Afrikanın cənubundakı Namib səhrasında yaşayan Kvepelər Kvadi dilində danışırdılar.
Tədqiqatçı Anna-Mariya Fehn qeyd edib ki, Kvadi, Cənubi Afrikada ovçular və çobanlar tərəfindən danışılan Ho dili ilə bir çox oxşarlığı olub.
Mütəxəssislər DNT araşdırmasından istifadə edərək Kvadi dilində danışan insanların nəslini tapıblar.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ