İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan: Ermənistanda parlamentində müxalifət yoxdur

Parlamentdə müxalifət yoxdur, Ermənistanda parlament müxalifəti mövcud deyil. Sadəcə, parlamentin növbəti çağırışında özlərinə yer tapmaq üçün digər siyasi qüvvələrin sıralarında yer axtaran müəyyən şəxslər var. Onları heç kim dinləmir, küçədə isə yeddi nəfəri belə toplaya bilməzlər.

Musavat.com emrəni mediasına istinadən xəbər verir ki, bu barədə 11 sentyabrda jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

O, əmin olduğunu vurğulayıb ki, küçədə onun şəkli ətrafında “onlardan” (parlament müxalifəti – red.) daha çox insan toplanacaq. “Onlar siyasi cəsədlərdir, müflislərdir, deyəcək heç nələri yoxdur, onların gündəliyi yoxdur. Əgər sənin yeganə gündəliyin hakimiyyətin gündəliyinin gündəlik olmadığını deməkdən ibarətdirsə, bu, gündəlik deyil. Əgər bizim gündəliyimiz səhvdirsə, bəs onların gündəliyi nədir? Ermənistanda sülh gündəliyindən başqa başqa bir gündəlik yoxdur”, – deyə Simonyan əlavə edib.

Simonyanın sözlərinə görə, son dörd il ərzində parlament müxalifəti heç bir dəfə belə növbədənkənar seçkilərin keçirilməsini tələb etməyib. “Heç vaxt görmüsünüzmü ki, guya müxalifət adlanan bu qüvvələr məsuliyyəti üzərinə götürməyə hazır olsunlar? Əvvəl Vazgen Manukyanı gətirdilər, sonra isə Kanadadan vətəndaşlığı olan Bağrat Qalstanyanı”, – parlamentin spikeri vurğulayıb.

Bununla yanaşı, onun fikrincə, parlamentdənkənar müxalifət mövcuddur. Simonyan ümid etdiyini bildirib ki, qarşıdakı seçkilərin nəticəsində bu qüvvələrin böyük bir hissəsi parlamentdətəmsil olunacaq. “Parlamentdən kənarda formalaşmış müxalif siyasi xadimlər var və ümid edirəm ki, onlar parlamentə düşəcəklər və nəhayət, parlamentdə müxalifət olacaq”, – o qeyd edib.

Simonyan həmçinin iş adamı Samvel Karapetyan tərəfindən formalaşdırılan siyasi qüvvənin hakimiyyət üçün ciddi rəqib olmadığını bəyan edib. “Orada siyasi qüvvə yoxdur. Bu, sadəcə görüntüdür. Sadəcə varlı bir adam var ki, həbsə düşüb. Onlar parlamentdə siyasi sığınacaq axtarmağa çalışırlar, necə ki, bu onilliklər boyu baş verib”, – deyə o yekunlaşdırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR