Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Akasya Durağı" serialında "çayçı Ali Kamal" obrazını canlandıran aktyor Ateş Fatih Uçan 12 il sonra kameralara yaxalanıb.
Serialın bitməsi ilə ekranlardan uzaqlaşan aktyorun son halı görənləri təəccübləndirib.
Pərəstişkarları ona "12 ildir haradasınız?" sualını ünvanlayıblar.
O, isə cavabında "Elə indi niyə burdayıq? İnsanlar darıxıb deyə. Deyirlər 12 ildir yoxsan, getmisən, hardasan? Mən artıq cəmiyyətin çayçısı olmuşam. Bir də dayanacağa getməyəcəm, heç kim inciməsin. Bundan sonra çay 50 lirədir. Yeri gəlmişkən, buradan mənim üçün darıxan və məni sevən bütün dostlara təşəkkürümü bildirirəm. Yaxşı ki varsınız" deyib. /Publika.az
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ