İnsanlara hürriyət, millətlərə istiqlal!

Akademik Aqil Əliyevin əmlaklarını kimlər ələ keçirtmək istəyir? Sensasion məhkəmə işi - CANLI

 

Hazırda akademik Aqil Əlirza oğlu Əliyevin əmlakları ətrafında məhkəmə çəkişmələri gedir. Bu işdə akademikin nəvəsi Riyad Əliyevin mövqeyi olduqca ilgincdir.
Riyad Əliyev atası İlqar Əliyevin şəriklərindən biri olmuş İlham Məmmədovla eyni mövqedən çıxış edərək əmlaklar tələb edir.


Vaxtilə akademik Aqil Əliyev tərəfindən yaradılan “Azinteroil” şirkətinə də sahiblənmək istəyən İlham Məmmədov bu məqsədləri üçün Riyad Əliyevdən istifadə edir.

Maraqlıdır ki, bir zamanlar Aqil Əliyevin yanında özünə sığınacaq tapan İlham Məmmədov indi Əliyevlərə məxsus əmlakları ələ keçirmək istəyir. Bildirir ki, bütün bu işləri öz investisiyası hesabına qurub.

Bundan başqa, İlham Məmmədov daha əvvəl İlqar Əliyevin xanımı Solmaz Əliyevanın adına keçirilən əmlaka qarşı da iddia qaldırıb. Həmin əmlakla bağlı maliyyə arayışı Solmaz Əliyevaya təqdim edilsə də, İlham Məmmədov bununla razılaşmır.

Öz imzası ilə həmin əmlaka borcun olmadığını təsdiq edən İlham Məmmədov uzun illər keçəndən sonra başqa fikirə düşüb. Deyir ki, maliyyə arayışı verilsə də, pul kassaya ödənməyib…

İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb.

Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.

Bu gün TVMusavat-ın canlı efirində, saat 16.00-da Həftə içi"nin aparıcısı Emil Salamoğlu həmin iş adamı, Azərbaycan Tibb Universitetinin sabiq professoru Şahbaz Şahbazovla söhbət edir. Bu sensasion işlə bağlı Şahbazov maraqlı detallar açıqlayır, izləyicilərimiz də müzakirəyə qatıla bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR