İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailəsini itirən azərbaycanlı Ukrayna alovundan BELƏ XİLAS EDİLDİ - VİDEO

Azərbaycanın Moldovadakı səfirliyi Ukraynanın Xerson şəhərində bombalanma səbəbindən bütün ailə üzvlərini itirmiş (oğlu, həyat yoldaşı, iki nəvəsi) Azərbaycan vətəndaşı Mirzəyev Yusif Ağalar oğlunu müharibə ərazisindən xilas edib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovun şəxsən iştirakı ilə vətəndaş Moldovada otelə yerləşdirilib. Qüdsi Osmanov məlumat verib ki, vətəndaş sabah vətənə yola salınacaq. Mirzəyev Yusif Ağalar oğlununun bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanıb.

Həmin anların videosunu təqdim edirik:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR