İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailəsi nişana getdi, evdə arvadını öldürdü - Ağstafadakı hadisənin TƏFƏRRÜATI

Ağstafada 23 yaşlı ər 18 yaşlı arvadını öldürüb.

Hadisə Vurğun qəsəbəsində qeydə alınıb. O, öz yoldaşını atası evində öldürüb. Valeh Qədimov qaynatasıgilə yoldaşı Mədinə Qədimova ilə barışmağa gəlibmiş.Mərhumun anasının sözlərinə görə, qızı ilə yoldaşı yola getmirlərmiş.

Qətlin baş verdiyi gün də qızın ailəsi başqa birisi üçün nişan aparırmış. Yoldaşının evdə tək olmasından istifadə edən ər onu qətlə yetirib.

Anasının sözlərinə görə, o qızın tam ölməsini gözləyəndən sonra gedib təslim olub.

Faktla bağlı araşdırmalar davam edir./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR