Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı USAID proqramlarının dayandırılması fonunda müstəqil mediaya dəstək üçün Ukraynaya əlavə 10 milyon avro göndərəcək.
Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, Aİ-nin Kiyevdəki nümayəndəliyi 10 milyon avroluq yeni yardım paketini açıqlayıb. Bu vəsait subqrantlar sistemi vasitəsilə media qurumlarına və ayrı-ayrı jurnalistlərə dəstək üçün istifadə olunacaq.
Rəsmi açıqlamada göstərilir ki, 2017-ci ildən Ukrayna mediası sahəsində Avropanın maliyyələşdirməsinin ümumi məbləği 100 milyon avronu keçib. Bunlardan təxminən 37 milyonu 2022-ci ilin fevralında baş verən hərbi əməliyyatlardan sonra göndərilib.
Donald Tramp administrasiyası USAID-in fəaliyyətini dayandırmaq qərarına gəldikdən sonra bir çox Ukrayna mediası maliyyə çətinlikləri ilə üzləşib. Ali Radanın Humanitar və İnformasiya Siyasəti Komitəsinin rəhbəri Nikita Poturayevin sözlərinə görə, Ukrayna mediasının yarıdan çoxu bağlanmaq təhlükəsi ilə üzləşib.
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ