Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiya paketi üzərində işləyir.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, sanksiya paketinin oktyabrın birinci yarısında təqdim olunacağı gözlənilir.
Bu paketin bir hissəsi kimi bir qrup Avropa İttifaqı ölkəsi Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları təşviq etməyi planlaşdırır. Həmçinin 12-ci sanksiyalar paketinə Rusiya Federasiyasından almazların idxalına qadağa da daxil ola bilər. Aİ həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya yardım üçün istifadə mexanizmini təklif edə bilər.
"Bloomberg"in məlumatına görə, Aİ-nin bir neçə ölkəsi Rusiyadan maye qaz idxalına və Rusiyanın İT sektoruna da məhdudiyyətlər qoymağa çağırır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ