Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı iş adamı Əlişir Usmanovun bacısı Gülbahor İsmayılova da daxil olmaqla üç rusiyalıya qarşı sanksiyaları ləğv etməyə razılaşıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qərar Macarıstanın petisiyasından sonra verilib. Budapeşt həmin petisiyada bəzi şəxslər istisna olunmasa, sanksiyaların uzadılmasını əngəlləməklə hədələyib.
Biznesmen Vyaçeslav Kantor və Rusiyanın idman naziri Mixail Deqtyaryov də qara siyahıdan çıxarılacaq. Onların Aİ üzv ölkələrindəki aktivləri “donu” açılacaq. Bundan əlavə, onlara viza verilməsinə qoyulan qadağa da aradan qaldırılacaq.
Macarıstan özbək əsilli rusiyalı milyardet Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovanın da müdafiəsinə qalxıb. G.İsmayılova 2022-ci ilin aprelində sanksiyalara məruz qalıb. Ehtimal olunur ki, iş adamının xarici aktivlərinin bir hissəsi onun adına keçirilib. Xüsusilə, 2022-ci ildə “Bloomberg “ agentliyi Almaniyanın kriminal polisinə istinadla xəbər verib ki, Hamburq rəsmiləri Gülbahor İsmayılovaya məxsus olan “Dilbar” yaxtasını saxlayıblar. Milyarder Usmanovun vəkilləri bu xəbəri təkzib etməyə nail olublar.
Rusiyadan olan 2400-dən çox insan və şirkət Aİ-nin sanksiya siyahısında qalıb və onun uzadılması artıq sentyabrın 15-dək qüvvədədir.
Xatırladaq ki, Əlişir Usmanovun yaşadığı villa 25 milyon avroya satışa çıxarılıb.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ