İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ liderləri Ukrayna üçün razılaşa bilmədi

Aİ liderləri Ukrayna üçün 5 milyard avroluq sursat paketini razılaşdıra bilməyib

Musavat.com xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderləri Ukrayna üçün nəzərdə tutulan 5 milyard avroluq sursat paketini razılaşdıra bilməyib.

Bloomberg agentliyinin məlumatına görə, qərarı Fransa və İtaliya dəstəkləməyib. Avropa diplomatları bildiriblər ki, bəzi ölkələr konkret maliyyə öhdəlikləri götürməyə tələsmir. 

İtaliya və digər ölkələr daha çox texniki və maliyyə detalları tələb edərək, bu təşəbbüsün hələ inkişaf mərhələsində olduğunu bildiriblər. Fransız diplomatlar isə Ukrayna üçün G7 tərəfindən ayrılan 18 milyard avroluq kredit paketinin Aİ tərəfindən reallaşdırılmasını prioritet hesab etdiklərini vurğulayıblar.

Brüsseldə cümə axşamı keçirilən müzakirələr göstərib ki, 2 milyon ədəd artilleriya mərmisinin alınması üçün 5 milyard avro ayırmaq çətin məsələ olacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR