Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Şurası Ermənistandakı Avropa müşahidəçi missiyasının artırılmasını təsdiqləyib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Bununla da Ermənistandakı Aİ müşahidə missiyasının sayı 138 nəfərdən 209 nəfərə çatdırılıb.
Qərar hələ dekabr ayında Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən qəbul edilmişdi. Avropalı missionerlər altı qabaqcıl əməliyyat bazasında- Qafan, Gorus, İstisu (Cermux), Dərələyəz (Yeghegnadzor), Martuni və İcevan şəhərlərində patrul xidməti həyata keçirirlər.
Musavat.com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ