Onlayn ictimai-siyasi qəzet
Ağdam rayonunun Nəmirli kəndinə 3036 nəfərin köçürülməsi planlaşdırılır, bunun üçün 759 fərdi ev inşa ediləcək, ilkin mərhələdə isə kəndə 179 ailənin köçürülməsi nəzərdə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır, bu da Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır.
İlk mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ