İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağdama sənsiz gəlmək qismət oldu”

Əməkdar artist Rafael İskəndərov Ağdama yollanıb.

Sənətçi şəhid dostu Müşviq Abbasovun kəndi Abdala da baş çəkib. O, sözügedən məkandan video çəkərək dostunu anıb:

"Bu videonu ,dostum Şəhid Abbasov Müşviq Qabil oğlunun əziz xatirəsinə həsr edirəm. Bu gün sənin kəndindəyəm, Abdaldayam. Amma bu gün sənsiz Ağdama gəlmək qismət oldu. Allah sənə rəhmət etsin. Deyirdin ki, müharibə bitsin sənə Qarabağı gəzdirəcəyəm. Bu gün gəlib gözəl torpaqlarımızı ziyarət edirik. Bu işdə zərrə qədər də əməyi olan hər kəsin qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin"./olay

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR