Onlayn ictimai-siyasi qəzet
“Paşinyanın dəvəquşu mövqeyi heç də təhdidlərin zərərsizləşdirilməsini nəzərdə tutmur”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın keçmiş səfiri Dzünik Ağacanyan deyib.
Ağacanyan yerli hökumətin Bakının Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamaq tələbinə reaksiyasını bu cür dəyərləndirib.
“Mən bunu 2022-ci ildə də demişdim. Azərbaycanlıların qayıtması məsələsi Praqa görüşündə ortaya çıxdı. Praqa görüşü Rusiya Federasiyasının Ukrayna cəbhəsində mövqelərinin müvəqqəti zəifləməsi fonunda baş tutub. Bütün bu faktları müqayisə edərək belə qənaətə gəlmək olar ki, Paşinyan Praqada artıq bu tələblə razılaşıb”, - deyə Dzünik Ağacanyan bildirib.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ