İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Rusiyanı Gürcüstanı tərk etməyə və öz öhdəliklərini yerinə yetirməyə çağırır

Çərşənbə günü Ağ Ev Rusiyanı 2008-ci ildə Gürcüstanda atəşkəs üzrə öhdəliklərini yerinə yetirməyə və öz qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməyə çağırıb. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi Vaşinqtonda brifinqdə bildirib.

"Biz əvvəlkitək hesab edirik ki, Cənubi Osetiya və Abxaziya Gürcüstanın ərazisidir, baxmayaraq ki, Rusiya qoşunları oranı işğal edir”,- o, Turan-ın müxbirinin sualının cavabında deyib.

"Gürcüstanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tamamən dəstəkləyirik və heç nə dəyişməyib", - o əlavə edib və qeyd edib ki, ABŞ-ın Gürcüstandakı münaqişəyə yanaşması Rusiyanın 15 illik işğalından sonra dəyişməyib.

Ukraynaya uzaq məsafəli raketlərin göndərilməsilə bağlı Turan-ın sualının cavabında Kirbi deyib: "Məndə ATACMS raketlərilə bağlı yeni informasiya yoxdur. Daha öncə prezident deyib ki, bu məsələ masa üzərindədir”- o deyib.

“Hazırda ATACMS üzrə heç bir qərar yoxdur. Biz əmin olmaq istəyirik ki, Ukraynada əks-hücum üçün lazım olan hər şey var. Təhlükəsizlik sahəsində yardımı genişləndirməkdən qorxmuruq", - Kirbi deyib.

Ötən həftə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı ABŞ-dan uzun mənzilli raketlər istədiyini bildirib.

"Mən bütün yardımlara görə ABŞ-a təşəkkürümü bildirdim və ATACMS-ın hesabına Ukraynanın potensialının gücləndirilməsinin vacibliyini vurğuladım",- Kuleba deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR