İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA Samir Abasova xəbərdarlıq etdi

AFFA "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasova xəbərdarlıq edib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

S.Abasov Azərbaycan Premyer Liqasının IV turunun “Sabah”la səfər oyununda (1:3) intizam qaydalarını pozub.

AFFA azarkeşlərinə görə də “Sumqayıt”a xəbərdarlıq edib. Buna qonaq fanatların rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə qurum xəbərdarlıq etməklə kifayətlənib.

“Sabah” - “Sumqayıt” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

İntizam Komitəsi “Zirə”ni də 2000 manat cərimələyib. Buna səbəb “Şamaxı” ilə oyun bitdikdən sonra Bakı təmsilçisinin AFFA nümayəndəsinin tələblərinə əməl etməməsi olub.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR