Onlayn ictimai-siyasi qəzet
Dünən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi həm ölkəmizdə həm də xarici ölkələrdə qeyd olundu. Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
10 may tarixində Prezident İlham Əliyevin Birinci xanım Merhriban Əliyeva ilə birlikdə Qarabağın incisi Şuşaya səfər etdi, şəhərə köçən ilk sakinlərlə görüşəməsi tarixi hadisədir. Məhz səfər və ziyarət üçün 10 may tarixinin seçilməsi də xüsusilə əlamətdardır, hər birimiz yaxşı xatırlayırıq ki, 8 Noyabr – Şuşa şəhərinin işğaldan azad olunduğu gündə Prezident, Müzəffər Ali Baş Komandan Ulu Öndərin məzarını ziyarət edərək, xalqa qələbə müjdəsi verərkən həm də ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdi. Məhz Ulu Öndərin xatirələrində Şuşaya xüsusi yer verməsi və işğal olunmuş bütün ərzilər kimi bir gün bu şəhərində azad olunacağı ümidini – özü qədər inandığı Müzəffər Ali Baş Komandan reallaşdırdı.
Ölkəmizin mədəniyyət paytaxtı tariximizdə mühüm yer tutmaqla bərabər dövlət başçısının təbilincə desək xalqımızın əyilməz ruhunu tərənnüm edir. Şəhərin işğal olunması bizim üçün dəhşətli faciə idi, eləcə də həmin zaman xalqımızın bu işğaldan kədərlənməsinə baxmayaraq, siyasi hakimiyyətdəkilərin “taxt-tac” davasından başlarını qaldırıb bu faciəyə qiymət verməməsi, heç bir əməli köməklik etməməsini hər birimiz yaxşı xatırlayırıq.
Şuşanı işğal edən azğınlaşmış ermənilər sürətli şəkildə irəliləyərək yeni ərazilərimizin işğalına başladılar, AXC-Müsavat cütlüyü isə heç bir əməli addım atmadı. İdarəedənlərin səriştəsizliyi ucbatından baş verənlərin aradan qaldırılması nə az nə çox 30 ilə qədər vaxt aldı.
İkinci Qarabağ müharibəsində də Şuşa şəhərinin düşmən işğalından azad etməklə bizə erkən qələbə qazanmağa müyəssər olduq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçən il Şuşa şəhərində xalqımıza müraciətində bir daha Şuşa şəhərindəki döyüşlərdən bəhs edərək bildirdi ki, “Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”.
Dövlət başçısı budəfəki səfərində də hər zaman olduğu kimi qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmət və ehtiramla yad edərək bir daha igidlərimizin göstərdiyi şücaətdən keçdikləri döyüş yolundan bəhs etdi. Hərbçilərimizin istər İkinci Qarabağ Müharibəsində, istərsə də keçən ilin 19 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində göstərdikləri yüksək qəhrəmanlığı xatırlatdı. Tarixi torpaqlarımız bu gün düşmən işğalından birdəfəlik azad olunmuş, üçrəngli bayrağımız Vətən göyülərində məğrurluqla dalğalanır.
İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Şuşa şəhərində də geniş miqyaslı abadlıq quruculuq işləri davam edir. Şəhərdə bir neçə istiqamətdə quruculuq işləri görülür, keçən il Ulu Öndərin anım günündə Şuşa şəhərində II yaşayış kompleksinin əsası qoyulmuşdu, bu il isə üçüncüsünün təməlatma mərasimi keçirildi. Diqqətə çatdırıldı ki, birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa olunması planlaşdırılır. Komplekslərin şəhərin memarlığına, üslubuna və tarixiliyinə uyğun olması isə görülən işlərin əsas prioritetidir.
İkincisi, Qarabağ və Şərqi Zəngəzurda bütün infrastruktur qurulur, belə ki, ilk növbədə qısa zaman kəsiyində Füzulidən şəhərə Zəfər yolu inşa olunmuşdu, indi isə daha böyük magistral yol çəkilir. Eləcə də, şəhərdə bütün infrastruktur layihələr sürətlə icra olunur ki, sakinlərə və qonaqlara daha keyfiyyətli yaşam standardları təqdim oluna bilsin.
Ən vacibi isə şəhərin tarixinin qorunmasıdır ki, şəhərin erməni işğalında qaldığı 30 il ərzində vandallar bütün tarixi məhv etmiş, dağıtmış hətta görkəmli mədəniyyət nümayəndələrimizin abidələri belə mənəvi terrora məruz qalmışdır. Bu gün dövlət başçısının müvafiq tapşırıqların əsasən işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Şuşa şəhərində də genişmiqyaslı qurculuq işləri aparılır, tarixi abidələrin bərpasında və qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir. Fond tərəfindən icra olunan və tarixi abidələrin bərpa olunması istiqamətində həyata keçirilən layihələrlə şəhərin tarixiliyinə xüsusi töhfə verir.
Şəhərin tarixiliyin bərpası istiqamətində aparılan işlər çərcivəsində Azərbaycanın mədəniyyət paytaxtında qısa müddətdə görkəmli Azərbaycan şairi Vaqifin məqbərəsi yenidən qurulmuş, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunmuşdur. Mehmandarov məscidi və Mehmandarovun evinin bərpa olunması, habelə hazırda tikintisi davam edən layihələrin icra olunması xüsusi əhəmiyyət kəsb edir.
Adil Əliyev,
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ