Onlayn ictimai-siyasi qəzet
Son günlər ölkəmiz səfər edən qonaqların sayı və səfərlərin məqsədi baxımından Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. XI Qlobal Humanitar Foruma dünyanın bir sıra ölkələrindən çoxsaylı qonaqların gəlməsi və “Parçalanmış dünyaya həsr olunmuş” Forumla yanaşı, müxtəlif ölkələrin hazırda və sabiq başçılarının səfərləri xüsusi ahəng qatıb.
Eləcə də, növbəti belə səfərlərdən biri Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfərə idi. Səfər bir neçə mühüm məsələlərlə bağlı xarakterizə oluna bilər.
İlk növbədə, xalqlarımız arasında olan uzun müddətli dostluq münasibətləri nəticəsində dövlətlərimiz arasındakı əməkdaşlıq əlaqələrinə xüsusi töhfə verib.
Ortaq tarixi, mədəni əlaqələr münasibətlərin inkişafına zəmin yaradıb, Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın mərhum Prezidenti Eduard Şevarnadze arasında olan dostluq münasibətləri ölkələrimizin daha da yaxınlaşmasına zəmin yaradıb. Nəticə etibarı ilə bu münasibətlərin inkişaf edib və Cənubi Qafqazın bu iki dövləti dünyaya həmrəylik nümayiş etdirib.
İkincisi, hər iki ölkənin artan ticarət dövriyəsi, iqtisadi əlaqələri münasibətlərin inkişafına xüsusi töhfə verib. Belə ki, Azərbaycan təbii qazının Gürcüstan ərazisindən keçməklə Avropaya nəql edilməsində qonşu dövlət bizim üçün həm də tranzit ölkə olaraq Gürcüstanın vacibliyini ön plana çıxardır. Bu gün Azərbaycan qazının Avropada 8 alıcısı olan dövlət var, məhz Gürcüstanın tranzit imkanları burda mühüm rol oynayır.
Üçüncüsü, Azərbaycan Şərqdən-Qərbə böyük tranzit xəttinin mərkəzindədir. Məhz məhsulları dünya bazarına Gürcüstan üzərindən tranzit xətt olaraq daşımanı təşkil edir. Demək ki, bu əlaqələr həm də hər iki ölkənin maraqlarına uyğundur. Yaşıl enerjiyə tələbatın artdığı dövrdə Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr bu sahəyə xüsusi töhfə verəcəkdir.
Dördüncüsü və ən mühümü, bu gün Azərbaycan-Gürcüstan səmimi münasibətləri həm Cənubi Qafqaza, həm də ki, dünyaya örnəkdir. Məhz hər iki dövlətin bir-birinin ərazi bütövlüyünə hörmət və ehtiram göstərməsi, dövlət başçılarının və digər rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına xüsusi töhfə verir. İstər ikitərəfli, istərsə də beynəlxalq miqyasda bir-birimizin mənafelərimizi müdafiə etməyimiz hər iki dövlətin maraqlarına uyğundur.
Məhz hər iki dövlətin sərgilədiyi davranış beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə uyğundur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən hər bir ölkənin özünü müdafiə etmək hüquq var, bu normaları birbaşa olaraq qüvvədir, mütləq icra olunmalıdır. Məhz dövlətimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun rəhbərliyində 44 gün davam edən Zəfər yürüşündə beynəlxalq ictimaiyyətin hamılıqla qəbul olunmuş norma və qaydalarına riayət edərək bizə tarixi Qələbə bəxş etdi. Eləcə də, keçən ilin 19 sentyabrında başlanmış və 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərinin yeganə hədəfi hərbi təyinatlı obyektlər oldu.
Adil Əliyev,
Vitse-spiker
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ