İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda ər-arvadı maşın vurdu - biri öldü - VİDEO

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub.

Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin "VAZ" markalı avtomobil tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR