İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayon prokurorluğunda "Açıq qapı günü" keçirilib

Abşeron rayon prokurorluğunda 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində "Açıq qapı günü" keçirilib.

Musavat.com-un məlumatına görə, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, 2023-cü il "Heydər Əliyev ili" çərçivəsində prokurorluq orqanlarında bir sıra silsilə tədbirlər keçirilib. Bu tədbirlərdən biri də bu gün Abşeron rayon prokurorluğunda keçirilən açıq qapı günüdür. Tədbirin məqsədi prokurorluq orqanlarında şəffaflıq və prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı tanışlıqdır.

Tədbirdə çıxış edən Abşeron rayon prokuroru Qabil Qasımov isə bildirib ki, Abşeronda əhalinin sayı sürətlə artmaqdadır: "Abşeron əhalisinin sayı hazırda 495 min nəfərdir. Məcburi köçkünlərlə birlikdə isə əhalinin sayı 600 mindən çoxdur.

Abşeronun əhalisinin sayının artmasını nəzərə olaraq prokurorluq əməkdaşlarının da sayı artır. Yaxın vaxtlarda işçilərin sayının artması ilə əlaqədar yəqin ki rayon prokurorluğuna yeni inzibati bina da inşa olunacaq. Əsasən prokurorluqda gender bərabərliyi də qorunur. Hazırda Abşeron prokurorluğunda iki xanım əməkdaş çalışır. Ümumilikdə Abşeron rayon prokurorluğunun 11 məkdsşı var. Onlardan 5-i prokuror köməkçisi, 4-ü isə müstəntiqdir. Abşeronun 164 nəfər Vətən müharibəsi şəhidi var. Hazırda rayon ərazisində 128 şəhid övladı yaşayır. Abşeron rayon Prokurorluğu yanında İctimai Şura yaradılıb və şuranın sədri şəhid anası seçilib. Şəhid və qazi ailələri daim diqqətimizdədir. Çalışırıq ki şəhid və qazi ailələrinə daim diqqətlə yanaşaq, onların övladlarına qayğımızı əsirgəməyək".

Abşeron ərazisində baş verən hadisələrdən danışan rayon prokuroru bildirib ki, əhalini hazırda ən çox narahat edən hallardan biri də qəsdən adam öldürmə və intihar hadisələrinin. Bu il ərzində yeniyetmə qızların intiharı ölkədə daha ciddi situasiya yaratdı. Bununla bağlı müəyyən məlumatlar yayılsa da, dərhal araşdırmalar hadisənin səbəblərini üzə çıxardı. Məlum oldu ki, həmin 3 yeniyetmənin bir-biri ilə əlaqəsi yoxdur. İntiharların sayının artmasının bir səbəbi də həmin hadisələrin cəmiyyətə sensasiyalı təqdim edilməsidir. Bu tip hadisələrin sensasiyalı təqdim edilməsi intihar hallarının sayının artmasına gətirib çıxarır. Son 3 ildə Abşeron rayonunda intihar hallarının sayında artım olub. Bu cür halların qarşısını almaq üçün maarifləndirmə işləri aparılır".

Prokuror Araz Qasımov bildirib ki, son illər prokurorluq orqanlarıın yüksək xüsusi texniki avadanlıqlarla təmin edilməsi baş verən cinayət hadisələrinin "isti izlər" lə açılmasına səbəb olub.

Tədbirdən sonra qonaqlar Abşeron rayon Prokurorluğunun inzibati bina barədə məlumatlandırılıb, iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

İştirakçılara, həmçinin, "Elektron prokurorluq" informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Daha sonra Abşeron rayon Heydər Əliyev mərkəzində geniş tədbir keçirilib.

Samir Əli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR